
90-cı illər Azərbaycan xalqı üçün faciəli illər idi. Xalqımızın vəziyyəti günü-gündən ağırlaşır, pisləşirdi. Ölkəmizdə məhz o illərdə ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi alovlanmış və torpaqlarımız işğal altına düşmüşdür. Ölkəmizdə xaos yaranmışdır. Əlbəttə ki, Azərbaycan xalqı çıxış yolu axtarırdı. Qarabağımızın işğal altına düşməsi AXC-Müsavat hakimiyyətinin acı mirasıdır.
Azərbaycan 1990-cı illərin əvvəllərində uçurum qarşısında idi. Elə bir vəziyyətdə Azərbaycanın xilas yolunu Ümummilli Lider Heydər Əliyev yenidən hakimiyyətə qayıdışında görən ziyalılar Ulu Öndərin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması təşəbbüsünü irəli sürdülər. Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi. Azərbaycanın indiki prezidenti İlham Əliyev tərəfindən layiqincə Ulu Öndərin siyasətinin davam etdirilməsi YAP-ın sonrakı inkişafını şərtləndirən əsas amil olub. YAP-ın əldə etdiyi qələbə cənab prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə və bu siyasətə vətəndaşlarımızın münasibətinin yüksək olması ilə bilavasitə əlaqədardır. YAP-ın sıralarında minlərlə Azərbaycan vətəndaşı birləşib. Bu da o deməkdir ki, möhtəşəm siyasi ordumuz var. Buna bariz nümunədir ki, AXC-Müsavatdan miras qalan Dağlıq Qarabağ münaqişəsinə hörmətli Ali Baş Komandan İlham Əliyev "Dəmir yumruq” göstərdi. Xalqımızın sağalmaz yarası Dağlıq Qarabağ 2020-ci il 8 noyabr tarixində cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz tərəfindən işğal olunmuş torpaqlarımızı geri qaytarıldı. Müzəffər ordumuzun bu qələbəsi tarixə qızıl hərflərlə yazıldı.
Gülyaz Məmmədova
Bakıxanov qəsəbəsi 213 nömrəli məktəb-liseyin
tarix müəllimi
































