SON DƏQİQƏ
» » Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışı ölkəni böhrandan çıxardı

Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışı ölkəni böhrandan çıxardı

Tarix:

10-03-2021, 08:07

/ 4 288 dəfə oxundu.
Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışı ölkəni böhrandan çıxardı

Ötən əsrin 90-cı illərində xalqımızın mili azadlıq hərəkatı nəticəsində Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdi. Müstəqilliyin ilk illərində respublikaya rəbərlik edənlərin, xüsusilə AXC-Müsavat hakimiyyəti ‘liderlərinin’ səriştəsizliyi nəticəsində xalqımız yenidən müstəqilliyini itirmək təhlükəsizliyi ilə üzləşdi. Azərbaycanı qısa müddətdə parçalamaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qoydular.Respublika dərin böhrana sürükləndi.

Həmin illər Azərbaycan üçün ən gərgin və məsuliyyətli dövr idi. Müstəqilliyin qorunub saxlanılması üçün güclü liderə ehtiyac var idi. Güclü liderin ölkə rəhbərliyinə gətirilməsi zəruriyyəti yaranmışdır. Xalq ulu öndər Heydər Əliyev fenomeni üzərində dayandı.Bu istək xalqın təkidi-tələbi idi. Xalq nicat yolunu ulu öndər Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışında görürdü. Ulu öndər Heydər Əliyev xilaskarlıq missiyasını həyata keçirərək milli birlik və həmrəyliyə nail olmaq üçü mühüm addımlar atdı. Bu addımlardan biri də Yeni Azərbaycan Partiyasının yaradılması oldu.

Yeni Azərbaycan Partiyası öz yaranışı ilə Azərbaycanın ictimai siyasi fikir, siyasi fəaliyyət və mübarizələr tarixinə yeni bir keyfiyyət halı gətirdi.Ulu öndər Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışı ilə az müddət ərzində ölkə böhran vəziyyətdən çıxarıldı, hərtərəfli inkişafa nail olundu.Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyinin, onun müstəqilliyinin, bu gününün və sabahının qarantı deməkdir. Xalq öz seçimində yanılmadı. Xalqın düzgün seçimi ilə Azərbaycan qüdrətli, güclü dövlətə çevrildi.Bu gün layiqli davamçı prezident İlham Əliyevin uğurlu siyasəti ilə Azərbaycan dünyaya səs salır.

YAP üzərinə düşən missiyanı uğurla həyata keçirdi və bu gün də uğurla həyata keçirir, inkişaf göz önündədir.

 

  Nərmin Yusifova

Zabrat qəsəbəsi, Xavər Vəliyev adına 75 nömrəli məktəbin UBTR


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ