SON DƏQİQƏ
» » Rektor vətəndaşın torpağını zəbt edib-ŞİKAYƏT-FOTOLAR

Rektor vətəndaşın torpağını zəbt edib-ŞİKAYƏT-FOTOLAR

Tarix:

31-03-2020, 18:17

/ 2 836 dəfə oxundu.
Rektor vətəndaşın torpağını zəbt edib-ŞİKAYƏT-FOTOLAR

Redaksiyamıza Mövsümov Mir Valeh Seyidrza oğlu tərəfindən şikayət daxil olub.
Şikayətçi qeyd edir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin, Bakı şəhəri Yasamal rayonu M.Muxtarov kücəsi 194 ünvanında yeni tədris korpusunun tikintisi aparılır. Tikinti işləri aparılarkən M.Muxtarov küçəsi 190 ünvanında yerləşən mənə məxsus torpaq sahəsində yol, su, qaz və kanalizasiya xətləri çəkilərək zəbt edilib. Bu isə gələcəkdə mənə məxsus olan torpaq sahəmdə hər hansı bir tikinti işinin aparılmasına ciddi əngəl yaradır. Universitet rəhbərliyinə, rektor Ədalət Muradova bu özbaşnalıqlar barədə dəfələrlə müraciət etmişəm. Qarşı tərəf cavab olaraq bildirir ki, onların təsdiq olunmuş eskiz lahiyəsi vardır. Amma bu lahiyənin mənim şəxsi mülkiyyətimdə olan torpaq sahəsində heç bir hüquqi qüvvəsi ola bilməz!
Bu müraciətlərə baxmayaraq universitet tərəfindən edilən qanun pozuntuları davam etdiyindən Yasamal rayon məhkəməsinə müraciət etdim. Hakim Emin Mehdiyevin icraatında olan işin prosesi zamanı məhkəmə ekspertizası aparılmış və sübut olunmuşdur ki, həqiqətən mənə məxsus olan torpaq sahıəsi universitet tərəfindən zəbt olunmuşdur. Lakin buna məhəl qoymayan rektor Ədalət Muradov Prezident İlham Əliyevin adından istifadə edərək məhkəməyə, ekspertizaya və digər dövlət orqanlarına təzyiq göstərir və qeyd edir ki, universitetin yeni korpusunun açılışında Prezident şəxsən iştirak edəcək.
Lakin mən vətəndaş olaraq inanıram ki, cənab Prezidentin bu qanunsuz görülən işlərdən, vətəndaşa məxsus mülkiyyətini zorla zəbt etməsindən xəbərdar olsa mütləq bu şəxsləri cəzalandıracaqdır.
Ədalət Muradovun məhkəməyə xahişi və qarşılıqlı iddiası barədə müraciətində öz dili ilə özünü bir daha ifşa edir. Müraciətində qeyd edir ki: "...M. Mövsumova məxsus torpaq sahəsinin bir hissəsini universitetin istifadəsinə verəsiniz...”
Minlərlə vətəndaşına ali təhsil verən, bilik və elmin inkişafına çalışan bir ali təhsil müəssisəsinin başqasına məxsus olan mülkiyyəti zəbt etmək istəyi inandırıcı olmasa da bu faktdır.
Şikayətçi onu da qeyd edir ki, hal hazırda məhkəmə prosesi davam etsə də, son nəticə yoxdur. Təkrar ekspertiza təyin olunmuşdur.
P.S. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
GunAz.az

 

 

Rektor vətəndaşın torpağını zəbt edib-ŞİKAYƏT-FOTOLAR

 

Rektor vətəndaşın torpağını zəbt edib-ŞİKAYƏT-FOTOLAR

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ