SON DƏQİQƏ
» » Bu ölkənin vətəndaşı dünyada ən yaşlı kişi olaraq tanındı

Bu ölkənin vətəndaşı dünyada ən yaşlı kişi olaraq tanındı

Tarix:

12-02-2020, 19:19

/ 1 277 dəfə oxundu.
Bu ölkənin vətəndaşı dünyada ən yaşlı kişi olaraq tanındı

Yaponiyalı Titeçu Vatanabe 112 yaşı ilə dünyada ən yaşlı kişi kimi Ginnesin rekordlar kitabına daxil olub.

GunAz.az xəbər verir ki, bu barədə məlumatı Yaponiyanın Kyodo agentliyi yayıb.

Mənbə bildirir ki, Vatanabe 5 mart 1907-ci ildə kəndli ailəsində anadan olub. 20 yaşı olanda o, Tayvana köçüb və yalnız 18 il sonra Yaponiyaya qayıdıb.

Hal-hazırda o, Niiaatdakı qocalar evində yaşayır, burada ona yeni statusu haqqında şəhadətnamə verilib.

Vatanabedən əvvəl dünyanın ən yaşlı kişisi adını Hokkaydo adasından Masadza Nonaka daşıyıb. məxsus idi. O, ömrünün 113 yaşında 20 yanvar 2019-ci ildə dünyasını dəyişib.

скачать dle 12.1

Şərhlər