SON DƏQİQƏ
» » ATƏT niyə parlament seçkisini tənqid etdi? - Trofimçuk

ATƏT niyə parlament seçkisini tənqid etdi? - Trofimçuk

Tarix:

11-02-2020, 15:37

/ 1 765 dəfə oxundu.
ATƏT niyə parlament seçkisini tənqid etdi? - Trofimçuk

MDB missiyasının tərkibində yer alan beynəlxalq müşahidəçi kimi missiyanın rəhbəri Viktor Quminskinin dediklərini təkrarlayıram. Seçkilər Azərbaycan qanunvericiliyinə uyğun keçirilib, açıq və azad, demokratik seçki prinsiplərinə uyğun olub.

Bu sözləri GunAz.az-a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk deyib.

“Mən buna həmkarlarımla birgə təxminən 15 məntəqəni gəzərkən şəxsən əmin oldum. Müşahidəçilər konkret namizədlərin şəxsiyyətinə təslim olmur, yalnız seçki haqqında qanuni prosesə uyğun olaraq qeyd aparırlar. Kampaniyanın nəticəsi olaraq mən görürəm ki, yeni parlamentə bundan əvvəlki MM-də müşahidə olunandan daha çox ictimai-siyasi fəal düşdü. Bu, vətəndaşların emosional reaksiyası baxımından ciddi innovasiyadır”, – deyə o bildirib.

Onun sözlərinə görə, seçkiyə rekord sayda namizədin qatılması seçkinin rəqabət xarakterli olmasını göstərirdi:

“Sözsüz ki, parlamentə keçmədiyi üçün narazılıq edənlər var və bu, normaldır: arzuladığı nəticəyə çatmayan şəxslərdə belə hal həmişə baş verir. Bu, tamamilə anlaşılan emosiyalardır. Rusiya vətəndaşı kimi mənim üçün seçkinin nəticəsi olaraq Rusiya-Azərbaycan münasibətlərinin bundan sonra da güclənəcəyi vacibdir. Belə ki, deputat olan namizədlərin mövqeyi bizə bəllidir. Beləliklə, bütün seçki tədbirlərinin, o cümlədən MSK-nın işinin yüksək səviyyədə olmasını yenidən qeyd etmək istərdim. Ümumiyyətlə, Azərbaycan və Rusiyada belə yüksək səviyyəli tədbirlərin keçirilməsiylə bağlı oxşar yanaşmalar müşahidə edilir. Ona görə də Yeni Azərbaycan və Vahid Rusiya partiyaları arasında ikitərəfli strateji tərəfdaşlığın gücləndirilməsi məqsədiylə mütləq qarşılıqlı fəaliyyət davam etdiriləcək”.

Trofimçuk həmçinin ATƏT-in son seçkini tənqid etməsinə də münasibət bildirib:

“Bir vacib məqamı qeyd etmək istərdim. Biz görürük ki, seçkinin nəticəsinə ATƏT tərəfindən müəyyən tənqid səsləndirilib. Mən şəxsən müşahidəçi kimi heç bir seçki məntəqəsində bu strukturun bir nümayəndəsi ilə də rastlaşmamışam. Biz, bayaq dediyim kimi, kifayət qədər çox səsvermə nöqtəsini gəzmişik ki, ümumilikdə hansısa statistik məlumat əldə edə bilək. Halbuki mənim olduğum bütün seçkilərdə qərbli, avropalı tərəfdaşlarla işgüzar görüşlər mütləq idi. Burada isə boşluq idi. Bir neçə məntəqədə komissiya sədrləri dedilər ki, bizdən öncə buraya Monqolustan, Qazaxıstan, Moldova, Britaniya, Slovakiya nümayəndələri gəliblər. Qeyd edirəm ki, mən şəxsən ATƏT müşahidəçilərindən heç kimi görməmişəm, Monqolustandan olan müşahidəçinin aktivliyini isə ATƏT-in maraq zonasına aid etmək çətindir. Mən həmçinin yerli müşahidəçilərin böyük qruplarına yaxınlaşdım, hansı ki, bütün məntəqələrdə qeydə alınıb. Onlar da gördükləri müşahidəçilər arasında ATƏT müşahidəçilərinin adını çəkmədilər. Buna görə də ATƏT müşahidəçilərinin seçkinin gedişi və nəticələri ilə bağlı fikirlərini necə formalaşdırdıqları aydın deyil. Əgər seçki kampaniyasından diqqətimizi ayırsaq, ATƏT-in Azərbaycanın işlərinə son zamanlar nədənsə tez-tez müdaxilə etdiyi təəssüratı yaranır.

Seçkilər bitib və Azərbaycan seçicilərinin haqqıdır ki, verilən vədlərin reallaşdırılmasını gözləsin”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ