SON DƏQİQƏ
» » Beynəlxalq Müşahidə Missiyası bu gün Bakıya gəlir

Beynəlxalq Müşahidə Missiyası bu gün Bakıya gəlir

Tarix:

8-04-2018, 14:46

/ 10 214 dəfə oxundu.
Beynəlxalq Müşahidə Missiyası bu gün Bakıya gəlir

MDB Parlament Assambleyasından olan beynəlxalq müşahidə missiyası Azərbaycan Respublikası Prezidenti seçkilərini müşahidə etmək üçün bu gün Bakıya səfər edəcək.

Gunaz.az xəbər verir ki, Beynəlxalq müşahidə missiyasının tərkibi Rusiya Federasiyası, Tacikistan, Moldova, Belarus, Qazaxıstan Respublikaları və Qırğız Respublikasından olan deputatlardan ibarətdir. Bundan əlavə beynəlxalq müşahidəçilər missiyasına MDB PAA-nın beynəlxalq monitorinq institutunun əməkdaşları və ekspertləri daxildir.

Missiya üzvləri 11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün, Bakıda və respublikanın digər bölgələrində olacaq.

Həmçinin beynəlxalq müşahidəçilərin Azərbaycan Respublikasının Milli Məclisi, Mərkəzi Seçki Komissiyası və prezidentliyə namizədlərlə görüşü nəzərdə tutulur.

Seçkilər başa çatdıqdan sonra MDB PAA-dan olan beynəlxalq müşahidəçilər seçkilərin keçirilməsi ilə bağlı mətbuat konfransı keçirəcəklər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ