SON DƏQİQƏ
» » ATƏT seçki ilə bağlı ilkin hesabatını təqdim edib - VİDEO

ATƏT seçki ilə bağlı ilkin hesabatını təqdim edib - VİDEO

Tarix:

10-02-2020, 20:57

/ 1 262 dəfə oxundu.
ATƏT seçki ilə bağlı ilkin hesabatını təqdim edib - VİDEO

"Ermənistanın işğalı seçkilərin keçirilməsinə mənfi təsir göstərir".

 

GunAz.az-ın məlumatına görə, bunu ATƏT-in qısamüddətli müşahidəçilər missiyasının xüsusi koordinatoru Artur Gerasimov deyib.

 

Beynəlxalq müşahidəçilərin - ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT Parlament Assambleyası və AŞPA-nın Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkiləri üzrə müşahidələrinin nəticələrini əks etdirən ilkin hesabatını təqdim edən Artur Gerasimov onu da bildirib ki, Mərkəzi Seçki Komissiyası onlarla çox sıx işləyib və beynəlxalq müşahidəçilərin müraciətlərinə ən qısa zamanda reaksiya verib.

 

Bütün bu müsbət hallarla yanaşı ATƏT hesab edir ki, seçki günü bəzi nöqsanlara da yol verilib.

 

İlkin hesabatda, qeydiyyatdan keçən namizədlərin 19 faizinin sonradan namizədliklərini geri götürməsi də narahatlıq yaradan amil kimi qəbul edilib. Qeydiyyatdan keçən 55 siyasi partiya rəhbərindən heç birinin rəhbərinin qadın olmaması da qadınların prosesdə aktiv iştirakı baxımından nöqsan olaraq hesabata salınıb.

 

 

 

GunAz.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

https://youtu.be/XH6oswpYDFw

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ