SON DƏQİQƏ
» » Parlament seçkilərini müşahidə edəcək yerli və xarici müşahidəçilərin sayı açıqlandı

Parlament seçkilərini müşahidə edəcək yerli və xarici müşahidəçilərin sayı açıqlandı

Tarix:

13-01-2020, 13:23

/ 1 376 dəfə oxundu.
Parlament seçkilərini müşahidə edəcək yerli və xarici müşahidəçilərin sayı açıqlandı

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 2000-ə yaxın yerli və xarici müşahidəçi müraciət edib və onların demək olar ki, hamısı müsbət cavab alıb.

Bunu bu gün jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

MSK sədrinin sözlərinə görə, həmin müşahidəçilərin 1630-u yerli müşahidəçilərdir: "Xarici müşahidəçilərin sayı isə 70-ə yaxındır. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, Müstəqil Dövlətlər Birliyi Parlament Assemblyasının müşahidə missiyası artıq fəaliyyətə başlayıb. İtaliya, Çexiya Parlamentlərinin, Litva Seyminin müşahidəçiləri artıq akkreditasiyadan keçiblər. Moldova Mərkəzi Seçki Komissiyasının nümayəndələri də seçkiləri müşahidə edəcək. Xarici müşahidəçilərin qeydiyyatı prosesi hazırda sürətlə davam edir".

GunAz.az

скачать dle 12.1

Şərhlər