SON DƏQİQƏ
» » Polisdən hər kəsi ŞOKA SALAN işıqfor qərarı - Qırmızı işıqda...

Polisdən hər kəsi ŞOKA SALAN işıqfor qərarı - Qırmızı işıqda...

Tarix:

6-02-2020, 15:18

/ 1 257 dəfə oxundu.
Polisdən hər kəsi ŞOKA SALAN işıqfor qərarı - Qırmızı işıqda...

Hindistanın Mumbay şəhərində işıqforda dayanan sürücülərin səs siqnallarından istifadə etməsinin qarşısını almaq üçün maraqlı qərar qəbul edilib.

İşıqfora quraşdırılan xüsusi cihaz siqnalların səsinin gücünü ölçür. Səsin gücü nəzərdə tutulan həddi keçərsə, qırmızı işığın saniyəölçəni yenidən saymağa başlayır. Artıq bu üsul bir neçə işıqforda tətbiq edilib. Qırmızı işığı 90 saniyə olan işıqforun göstəricisi 1-ə enəndən sonra yaşıl işıq yanmayıb.

Siqnal səslərinə görə qırmızı işığın saniyəölçəni yenidən 90-dan geri saymağa başlayıb.

скачать dle 12.1

Şərhlər