SON DƏQİQƏ
» » Bu ərazidə quraşdırılan işıqfor sürücüləri narazı salıb - VİDEO

Bu ərazidə quraşdırılan işıqfor sürücüləri narazı salıb - VİDEO

Tarix:

29-01-2020, 20:54

/ 1 795 dəfə oxundu.
Bu ərazidə quraşdırılan işıqfor sürücüləri narazı salıb - VİDEO

Nobel prospektində bir müddət əvvəl geridönüş üçün quraşdırılan işıqfor sürücülərin narazılığına səbəb olub.

 

Xezerxeber.az-ın məlumatına görə, söhbət Həzi Aslanov qəsəbəsinin girişinə yaxın hissədə quraşdırılan işıqfordan gedir.

 

Qəsəbədən çıxan sürücülərə sola dönmək tam şəkildə qadağan edilib. Halbuki prospekt ilə üzü "Nargilə" istiqamətində gedən sürücülər işıqforda gözləməli olurlar.

 

Mövzu ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, sözügedən hissədə hərəkətin tənzimlənməsində hər hansı dəyişiklik edilməyəcək. Oradakı işıqfor təkcə avtomobillərin deyil, eyni zamanda piyadaların da hərəkətini tənzimləyir. Piyadaların rahat və təhlükəsiz keçməsi üçün üzü "Nargilə dairəsi" istiqamətində hərəkət edən sürücülər qırmızı işıqda bir neçə saniyə gözləyirlər. Elə bu səbəbdən Həzi Aslanov qəsəbəsindən çıxan sürücülərə üzü "Nargilə dairəsi" istiqamətində dönməyə icazə verilmir.

 

 

 

 

 

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

https://youtu.be/D6YtmNNljVI

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ