SON DƏQİQƏ

Özünü dənizə atıb intihar etmək istədi

Tarix:

20-11-2019, 14:56

/ 700 dəfə oxundu.
Özünü dənizə atıb intihar etmək istədi

Sumqayıtda intihara cəhdin qarşısı alınıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində Dənizkənarı Bulvarın ərazisində 1 nəfər özünü dənizə atmağa cəhd edərək intihar etmək istəyini nümayiş etdirib. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.​

GunAz.az

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ