SON DƏQİQƏ
» » Su ehtiyatları yenidən hesablanmalıdır - 50 il əvvəlki rəqəmlərə istinad olunur

Su ehtiyatları yenidən hesablanmalıdır - 50 il əvvəlki rəqəmlərə istinad olunur

Tarix:

23-10-2019, 10:38

/ 1 099 dəfə oxundu.
Su ehtiyatları yenidən hesablanmalıdır - 50 il əvvəlki rəqəmlərə istinad olunur

Quraqlığın fəsadı ilk növbədə kənd təssərüfatı məhsullarının azalmasına,  bəzi xəstəliklərin çoxalmasına səbəb ola bilər.

GunAz.az xəbər verir ki, bu səbəbdən də Coğrafiya İnstitutunun direktoru ilk növbədə əhalini su israfçılığına yol verməməyə çağırır. Bununla yanaşı su ehtiyatlarının və yeni su mənbələrinin yaradılması da zəruridir. Alim həmçinin bildirir ki, ölkəmizin su ehtiyatlarının yenidən dəyərləndirilməsinə də ehtiyac var.

Ramiz  Məmmədov - Coğrafiya İnstitutunun direktoru: “Bizim İnstitutda 50 il bundan qabaq elə bir balans resurs qiymətləndirilib. Bu gün də hamı o rəqəmlərə istinad edir. 50 ildə hər şey dəyişdi, həm miqdar, həm keyfiyyət, həm hesablama üsülları dəyişdi. İndi lazımdır ki, müxtəlif təşkilatlarda olan alimlər Ekologiya Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, AMEA -  hamsının müvafiq mütəxəssisləri yığışıb 1 proqram və dövlət təsdiq eləsin. Bu proqram əsasında işləyib resurslarmızı müəyyənləşdirməliyik. Mən də bilim ki, nə qədər su resurslarımız var və nəyə bunu sərf edə bilərəm.”  

N.SAFURA

скачать dle 12.1

Şərhlər