SON DƏQİQƏ

Xəzərin suyu azalır – İnstitutdan açıqlama

Tarix:

9-08-2019, 12:33

/ 1 337 dəfə oxundu.
Xəzərin suyu azalır – İnstitutdan açıqlama

Xəzər dənizinin suyun səviyyəsinin 1 metr aşağı düşməsi fəlakət deyil, ekstremal hal sayılmır.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov bildirib.

R. Məmmədov deyib ki, 1978-1995-ci illərdə dənizdə suyun səviyyəsinin 2,5 metr yüksəlməsi Azərbaycan iqtisadiyyatına 2,5 milyard dollar ziyan vurub:

“Bu, ekstremal hal idi. Bu gün üçün isə Xəzərdə suyun səviyyəsinin 1 metrdən çox azalması müşahidə olunur. Bu da ekstremal vəziyyət sayıla bilməz. Ola bilsin ki, bir müddətdən sonra əvvəlki səviyyəyə qayıtsın. Ümumiyyətlə, Xəzərdə suyun səviyyəsinin dəyişməsi dövrü xarakter daşıyır”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ