SON DƏQİQƏ
» » Özlərini qəsdən döydürənlər və xaricə getmək istəyənlər

Özlərini qəsdən döydürənlər və xaricə getmək istəyənlər

Tarix:

22-10-2019, 15:15

/ 935 dəfə oxundu.
Özlərini qəsdən döydürənlər və xaricə getmək istəyənlər

19 oktyabr aksiya cəhdində radikallıq nümaiş etdirən dəstənin daha bir məqsədi ifşa olunub. GunAz.az-a daxi olan məlumata görə, aksiya zamanı polislə qarşıdurma yaratmaq istəyən kəsim xaricə mühacir etmək niyyətində olan şəxslər olub. Belə ki, həmin şəxslər qəsdən polislə qarşıdurma yaratmaq, sonradan foto və video görüntüləri sosial şəbəkələrdə yerləşdirməklə  guya polis tərəfindən zorakılığa məruz qaldıqlarını nümayiş etdirmək və bununla da Avropa ölkələrinə mühacirət etmək məqsədi güdüblər.    

Məlum olduğu kimi "mühacir biznesi" AXCP sədri Əli Kərimlinin çoxsaylı qanunsuz  fəaliyyət növlərindən biridir. Belə ki, əcnəbi ölkələrə göndərilən vətəndaşların əksərinin cibindən AXCP-nin vəsiqəsi çıxır. Saxta partiya sənədi ilə səs-küysüz mühacirət edən yüzlərlə belə şəxslərin olduğu hamıya bəllidir. Azərbaycandan Avropaya uzanan mühacir biznesini isə AXCP sədri Əli Kərimlinin himayə etdiyi artıq çoxsaylı faktlarla tədsdiqini tapıb. Məhz Əli Kərimlinin xeyir-duası ilə xeyli sayda heç bir ictimai-siyasi fəallığı olmayan şəxslər də siyasi mühacir kimi Avropaya sığınıblar. Heç şübhəsiz ki, onların qarşısına qoyulan yeganə şərt xaricdə "mühacir müxalifəti" yaratmaqdan ibarətdir.

Mövcud qanunvericiliyə görə, Azərbaycan vətəndaşlarının sərbəst şəkildə həm viza alması, həm də üz tutduğu ölkədə oturum alması elə də sadə bir proses deyil. Belə halda xarici ölkələrə qaçmaq  istəyən vətəndaşlar lazım olan sənədləri müəyyən məbləğ qarşılığında AXCP-dən asanlıqla ala bilirlər. Bunun tək yolu özünü polisə döydürüb, fotoları sosial şəbəkələrdə, yaxud mətbuatda çap etdirməkdir ki, 19 oktyabr aksiyasında belə halların şahidi oluruq.  

Əldə olunan digər məlumata görə, xaricə mühacir  prosesində əsas iştirakçılar AXCP-nin rəhbərliyi və onların ətrafında olan bəlli şəbəkədir. Sözügedən şəbəkə hətta  AXCP-nin üzvü olmayan, siyasi proseslərdə heç bir aktivliyi olmayan, kölgədə qalan şəxsləri xaric ölkələrə göndərməkdə fəallıq nümayiş etdirir. Həmin şəbəkənin əsas fəaliyyəti xaricə getmək istəyən şəxsləri AXCP ilə əlaqələndirmək və lazımmı sənədləri təşkil etməıdən ibarətdir. Hazırda guya polisin zorakılığına məruz qaldıqlarını sosial şəbəkələrdə geniş nümayiş etdirənlər məhz sözügedən şəbəkənin təmsilçiləridir.

N.SAFURA

скачать dle 12.1

Şərhlər