SON DƏQİQƏ
» » “Əli Kərimli və trolları şiddətə və sadizm olayına dəstək göstərirlərsə...”

“Əli Kərimli və trolları şiddətə və sadizm olayına dəstək göstərirlərsə...”

Tarix:

26-09-2019, 16:27

/ 1 854 dəfə oxundu.
“Əli Kərimli və trolları şiddətə və sadizm olayına dəstək göstərirlərsə...”

"AXCP sədri Əli Kərimlinin hakimiyyətə qarşı uğursuz iddiaları, xüsusilə trolluq məsələsini önə atması ilk növbədə belə qənaətə gəlməyə zəmin yaradır ki, bu adam sırf manipulyasiya cəhdləri vasitəsi ilə partiyasında, eləcə də ətrafında baş verən məlum olayları ictimai rəydən yayındırmağa çalışır". Bu fikirləri GunAz.az-a  "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert sözügedən mövzuya münasibətini açıqlayarkən deyib. 

Onun sözlərinə görə, Əli Kərimlinin özü də daxil olmaqla, onun trol şəbəkəsi ölkədə "aparıcı müxalifət" imicini göstərmək üçün bilavasitə öz maraqlarını güdür, sosial şəbəkələrdə müxtəlif kampaniyalar təşkil edir, ayrı-ayrı şəxsləri hədəfə alır, onların üzərində dezinformasiya xarakterli, şərh-böhtançılıq oyunları oynamağa çalışır. SİTAT: "Gəlin bunların demokratiya pərdəsi altındakı davranışlarını daha dərindən təhlil edək və görək ki, sözdə demokratiyanın carçısı olan Ə.Kərimlinin virtual müxalifətçilyi ona daha nə verir? İlk növbədə, sağlam düşüncəli və siyasətlə maraqlanan istənilən normal cəmiyyət üzvü onun boğazdan yuxarı danışdığına əmindir. Çünki bu gün bir çoxları cəbhə hakimiyyətinin birillik dövrünü yaxşı xatırlayır. Antihumanizm, özbaşınalıq və anarxiya nəinki demokratiyanı beşikdə boğurdu, o cümlədən, insanlarımız çoxsaylı təhlükələrlə, bütövlükdə isə yenicə müstəqillik əldə etmiş Azərbaycan dövləti böyük güclərin yeminə çevrilmək üzrə idi". 

"Bütün bunları bu gün "demokratik cəmiyyət uğrunda" şüarları ilə bağıran Ə.Kərimlinin də təmsil olunduğu o zamankı hakimiyyət törətmişdi", deyən ekspertin fikrincə, bu adam öz liderinə xəyanət edən bir fərd kimi də tanınır, həmçinin, yalnız o deyil, digərləri də hakimiyyətdaxili məsələlərdə sui-qəsd cəhdləri edir, ən qəddar işlərə əl atırdılar: "Qəddarlıq demişkən, xatırlatmaq istərdim ki, məhz Ə.Kərimlinin prezidentin müşaviri, dövlət katibi olduğu vaxtlarda Azərbaycanda ölüm hökmü kəsilmiş insanlarımız bu hökmün icrasının qurbanları oldular. Halbuki, Azərbaycan artıq ölüm hökmünün aradan qaldırılmasını əks etdirən beynəlxalq konvensiyanın üzvü idi. Budurmu onların "Azərbaycana demokratiya gətirəcəyik" kimi prinsiplərinin göstəricisi? Ümumiyyətlə, əgər nəzərə alarsaq ki, hazırda da AXCP və "Milli Şura" ətrafında azərbaycanlıya xas olmayan hadisələr mövcuddur və belə hadisələr daha əvvəlki illərdə də baş verib, onda istər Ə.Kərimlinin, istərsə də onun ətrafının necə uğursuz, milli-mənəvi dəyərlərdən uzaq olan biriləri olduğunu tam əminliklə söyləyə bilərik. Artıq bu, həm də bir aksiomadır ki, müxtəlif xarici dairələrin sifarişlərini canla-başla yerinə yetirən, hətta həmin sifarişləri xüsusi şövqlə sosial şəbəkələrdə ictimailəşdirən həmin ünsürlər toplumu əllərinə düşən ən kiçik imkanda belə, dövlətçilik maraqlarını satmağa hazır olduqlarını sübuta yetirmiş olurlar".

"Biz elə də uzağa getməyək və Əli Kərimlinin müavini Fuad Qəhrəmanlının öz ailəsinə, övladlarına qarşı sərgilədiyi şiddətin hansı məcraya qədər böyüdüyünü xatırlayaq", deyən Bəhruz Quliyev əlavə edib ki, əgər bu gün bir şiddətə, hətta deyərdim ki, sadizm davranışlarına AXCP sədri başda olmaqla, onun trolları da dəstək göstərirlərsə, belə hadisələrdən həm ruhi, həm mənəvi, həm də fiziki zədə alan bir ailəyə  - qadına, qıza qarşı söyüş, həqarət kampaniyaları düzənlənirsə, artıq bu zaman hər şey tam aydınlığı ilə üzə çıxmağa başlayır: "Bax, budur demokratiya pərdəsi altında oynanılan teatr tamaşsı və budur Əli Kərimlinin gerçək "siması", ya da simasızlığı: "Beləliklə, biz bu kimi məsələlərdə hansı nəticəyə gəlib və hansı sonluğu hasil edə bilərik? Azərbaycan dövlətinin xalq-iqtidar vəhdəti üzərində inkişafına qarşı çıxanların bütün cəhdləri boşa çıxır və onlar məğlubiyyət olduqca, həm də ifşalara məruz qalırlar. Misal üçün, götürək Ə.Kərimlinin yaxın ətrafında sayılan Gültəkin Hacıbəylini. Bu günlərdə məlum oldu ki, hətta onun özü də saxta profillər vasitəsi ilə trolluq edirmiş. Həm də bunu onun özü ifşa edib. Digər saxta profili ilə özü barədə məlumat yayıb. Məgər həmin faktın özü onların trolluqlarını sübuta yetirmirmi, isbatlamırmı? Nəticə olaraq hesab edirəm ki, Əli Kərimli və trolları nə qədər çox aqressivləşib, müxtəlif səpgilərdə şər-böhtan xarakterli iddialar irəli sürəcəklərsə, bir o qədər də ifşaları artacaq".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ