SON DƏQİQƏ
» » Təranə Vəlizadə: "Məni məndən alıb, göylərə apardı, ağlatdı, ruhumu təzələdi...bu gözəl şərqi"

Təranə Vəlizadə: "Məni məndən alıb, göylərə apardı, ağlatdı, ruhumu təzələdi...bu gözəl şərqi"

Tarix:

12-09-2019, 23:07

/ 2 238 dəfə oxundu.
Təranə Vəlizadə: "Məni məndən alıb, göylərə apardı, ağlatdı, ruhumu təzələdi...bu gözəl şərqi"

"Nəhayət, Nəsimiyə layiq bir möhtəşəm əsər eşitdim!"-TƏRANƏ VƏLİZADƏ
 Azərbaycan əsilli müğənni Sami Yusuf İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında yeddi dəqiqəlik kompozisiya hazırlayıb. Müğənni Afət Fərmanqızının Nəsiminin "Sığmazam" qəzəlinin sözlərinə oxuduğu"Pəncu şeş" adlı mahnıdan fərqli olaraq bu kompazisiya insanlarda xoş əhval-ruhiyyə yaradıb, onların zövqünü oxşayıb. Onlardan biri- Azərbaycan estrada musiqisinin əvəzolunmaz ifaçılarından sayılan Təranə Vəlizadə Sabaha-inamla.Az-a yeni kompozisiyayla bağlı belə deyib:"nəhayət, Nəsimiyə layiq bir möhtəşəm əsər eşitdim! Özü də yüksək səviyyəli müşayət və ifa ilə. Var olun! Məni məndən alıb, göylərə apardı, ağlatdı, ruhumu təzələdi...bu gözəl şərqi".                          
Qeyd edək ki, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Facebook" səhifəsində paylaşdığı "Nəsimi - 7 böyük ozandan biri” başlıqlı yazısında bu musiqi haqqında yüksək fikir söyləmişdi: "işə gələrkən yolda dinlədim. Bir dinləyici kimi zövqümü oxşadı". 
Namiq Məmmədli

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ