SON DƏQİQƏ
» » İrəvan bu dəfə də danışıqları pozsa... - Politoloq

İrəvan bu dəfə də danışıqları pozsa... - Politoloq

Tarix:

20-06-2019, 09:19

/ 1 977 dəfə oxundu.
İrəvan bu dəfə də danışıqları pozsa... - Politoloq

Vaşinqtonda təşkil olunan görüş Ermənistan üçün o zaman dönüş nöqtəsinə çevrilər ki, İrəvan danışıqlara sadiq qalıb torpaqları sülh yolu ilə qaytarsın.

Bu sözləri GunAz.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli Ermənistanın Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyanın Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Vaşinqton görüşünün Qarabağ konfliktinin həllində dönüş nöqtəsi ola biləcəyi sözlərinə münasibət bildirərkən deyib. O qeyd edib ki, Ermənistan tərəfi bu dəfə də danışıqları pozsa, Azərbaycana müharibədən başqa yol qalmır:

“Ermənistanın Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyanın ifadəsi çox yanlış və mənasızdır. Ermənistan rəhbərləri nəzərə almalıdır ki, Vaşinqtonun bu məsələdə mövqeyi bəllidir. Donald Trampın Prezident İlham Əliyevə ünvanlandığı məktubda da bu öz təsdiqini tapır. Açıq şəkildə ABŞ öz mövqeyini ortaya qoyub ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını geri qaytarmalıdır. Əgər görüşdə torpaqların qaytarılması ilə bağlı razılıq əldə olunmasa, bundan sonra Ermənistan tərəfi ilə mənasız danışıqların uzanmaması üçün müvafiq addımların atılması mümkündür. Həmçinin ATƏT-in Minsk Qrupunun bu məsələdə mövqeyi də açıq-aydın bəllidir. Buna görə də Ermənistan Vaşinqtonda baş tutan görüşdə hansı dönüş nöqtəsindən və kartları geri qaytarmaqdan danışa bilər ki? Bu görüş İrəvan üçün o zaman dönüş nöqtəsinə çevrilər ki, danışıqlara sadiq qalıb torpaqları sülh yolu ilə qaytarsınlar. Əks halda Azərbaycana müharibədən başqa çıxış yolu buraxmayacaqlar.“

Qeyd edək ki, Ermənistanın Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyanın öz Tvitter hesabında, “Cinayətkar ehtiyatsızlığı ucbatından Vyana-Sankt-Peterburq-Cenevrədəki danışıqlar Düşənbədəki liftdə olan mövqe ilə dəyişiləndə çox sürətli şəkildə aydın oldu ki, Azərbaycan bizi küncə sıxmaq üçün ikinci nəfəs əldə edib. Vaşinqton görüşü yəqin ki, öz səhvlərimizi düzəltmək, danışıqlar masası arxasında mənasız şəkildə əldən verdiyimiz kartları geri qaytarmaq üçün son şansımızdır”, - deyə bildirib.

скачать dle 12.1

Şərhlər