SON DƏQİQƏ

Ermənistan hökuməti istefaya göndərildi

Tarix:

9-04-2018, 17:55

/ 10 245 dəfə oxundu.
Ermənistan hökuməti istefaya göndərildi

Bu gün Ermənistan hökuməti istefaya göndərilib.
Gunaz.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistanın aprelin 9-da and içmiş yeni prezidenti Armen Sarkisyan bununla bağlı sərəncam imzalayıb.
Sərəncamla baş nazir də daxil olmaqla bütün nazirlər və hökumətin digər üzvləri işdən çıxarılıblar.
Qeyd edək ki, aprelin 9-16-da Ermənistanın baş naziri postuna namizədlər irəli sürüləcək. Aprelin 17-də Ermənistan parlamentində yeni baş nazir seçiləcək. Yeni baş nazir isə yeni hökuməti formalaşdıraraq, prezidentə və parlamentə təqdim edəcək. Hökumət mayın 1-10 arası formalaşdırlacaq. Bu posta Ermənistan hakim Respublikaçılar Partiyasının sədri, keçmiş prezident Serj Sarqsyanın gətiriləcəyi gözlənilir.
скачать dle 12.1

Şərhlər