SON DƏQİQƏ

Ermənistanın daha bir deputatı həbs olundu

Tarix:

22-06-2018, 14:17

/ 10 263 dəfə oxundu.
Ermənistanın daha bir deputatı həbs olundu

Ermənistan Milli Təhlükəsizlik Xidməti deputat Arakel Movsisyanın yaşadığı evdə axtarış aparıb.O, keçmiş hakim Respublikaçılar Partiyasının parlamentdəki fraksiyasının üzvüdür.

Gunaz.az xəbər verir ki, axtarışdan sonra Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları A.Movsisyanı da özləri ilə aparıblar.

A.Movsisyan 1966-cı il avqustun 20-də Eçmiadzində anadan olub. 1992-1997-ci illərdə Xankəndi Pedaqoji İnstitutunun Hərbi hazırlıq və bədən tərbiyəsi fakültəsində təhsil alıb. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalında iştirak edib. 2004, 2007 və 2011-ci illərdə Ermənistan parlamentinə deputat seçilib. Ermənistanın keçmiş prezdenti, 30 günlük baş nazir Serj Sarkisyanın Respublikaçılar Partiyasının üzvüdür.

O, qeyri-etik və harın davranışları ilə ad çıxarıb.

Qeyd edək ki, iyunun 19-da ölkə parlamenti Ermənistan müdafiə nazirinin keçmiş müavini, deputat Manvel Qriqoryanın tutulmasına razılıq verib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ