SON DƏQİQƏ

Bakının iki rayonunda qaz olmayacaq

Tarix:

18-04-2019, 20:19

/ 10 173 dəfə oxundu.
Bakının iki rayonunda qaz olmayacaq

Paytaxtın bir neçə rayonunda təbii qazın verilişində məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-dən GunAz.az-a verilən məlumata görə, Bakı şəhəri  Nəsimi və Yasamal rayonlarının  təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
 
Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində pilot layihə ilə çəkilmiş qaz xəttlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar, 19 aprel saat  09:00-dan  təmir işləri yekunlaşana qədər Nəsimi rayonu 1 və 2-ci Alatava, Tibilisi prospekti, 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə və H.Əliyev küçələrinin bir hissəsində  təbii qazın verilişində fasilələr yaranacaq.
         
Görülən zəruri təmir işlərinin Nərimanov və Binəqədi rayonlarının bir hissəsinin də  qaz təchizatına təsir göstərməsi mümkündür.

Aparılan  işlər gün ərzində yekunlaşdırılacaq və təbii qazın verilişi bərpa ediləcək.

Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ