SON DƏQİQƏ

Bakının bu rayonları qazsız qalacaq

Tarix:

7-09-2018, 11:47

/ 10 313 dəfə oxundu.
Bakının bu rayonları qazsız qalacaq

Bakının Nəsimi rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

“Azəriqaz” İstehsalat Birliyindən GunAz.az -a bildirilib ki, istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədilə Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yeni çəkilmiş diametri 315 millimetrlik qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar sentyabrın 7-də saat 10:00-dan təmir işləri tamamlananadək Nəsimi rayonunun Tbilisi prospekti, həmçinin 1-ci və 2-ci Alatava, 20 Yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, H.Əliyev küçələrinin bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq. Görülən zəruri təmir işlərinin Yasamal və Nərimanov rayonlarının bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür. 

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ