SON DƏQİQƏ

Bu yolda təmir bitdi

Tarix:

27-03-2019, 17:34

/ 10 230 dəfə oxundu.
Bu yolda təmir bitdi

Binəqədi rayonu, Biləcəri qəsəbəsi Ordubadi küçəsində aparılan yenidənqurma işləri artıq yekunlaşıb.

GunAz.az-ın məlumatına görə, ümumi uzunluğu 2.9 km, eni isə ortalama 16 metr olan Ordubadi küçəsində yenidənqurma və bərpa işləri tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllıqla həyata keçirilib.

Aparılan işlər çərçivəsində hazırda köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, köhnə səki daşları sökülüb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb, əks-dolğu işləri görülüb və hamarlayıcı lay asfalt-beton örtüyü döşənib.

Texnoloji ardıcıllığa uyğun olaraq hazırda küçəyə 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri də görülüb. Asfaltlanma işləri ümumilikdə 45 min kv.m-dən artıq sahəni əhatə edib.

 Bu yolda təmir bitdi

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ