SON DƏQİQƏ
» » Maştağa- Nardaran yolunun yenidən qurulması işləri yekunlaşıb

Maştağa- Nardaran yolunun yenidən qurulması işləri yekunlaşıb

Tarix:

21-07-2018, 12:59

/ 10 385 dəfə oxundu.
Maştağa- Nardaran yolunun yenidən qurulması işləri yekunlaşıb

Bakı şəhərində avtomobil yollarının yenidən qurulması və reabilitasiyası çərçivəsində uzunluğu 8,3 kilometr olan Maştağa-Nardaran avtomobil yolunun yenidən qurulması işləri yekunlaşdırılıb.

GunAz.az xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən açıqlama verilib.

Yenidənqurma layihəsinə uyğun olaraq, yol eni 6-7 metrdən 12 metrə qədər genişləndirilib. Vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yolboyu ərazidən asılı olaraq müxtəlif ölçülərə malik yeni piyada səkiləri inşa edilib, kənarlarına isə səki daşları düzülüb.

Genişləndirmə işləri zamanı yolun yararsız qruntu qazılaraq çıxarılıb, əks dolğu aparılmaqla yeni yol yatağı, həmçinin yol əsası inşa edilib. Yolboyu köhnə yeraltı kommunikasiya xətləri kənarlaşdırılıb. Hazırda yolboyu 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri də yekunlaşdırılıb.

Ümumilikdə yolun hərəkət hissəsinin eni genişlənmədən sonra ortalama 12 metr nəzərə alınmaqla 100 min kvadratmetr sahəyə yüksəkkeyfiyyətli asfalt-beton örtüyü salınıb.

Texnoloji ardıcıllıqla və tərtib olunmuş qrafiklə aparılan tikinti işləri yekunlaşdıqdan sonra yolboyu zəruri yol nişanlarının və məlumatverici lövhələrin quraşdırılması, piyada zolaqlarının, yol-cizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılıb.

Maştağa-Nardaran avtomobil yolunun yenidən qurulması 3 qəsəbənin 60 mindən çox əhalisinin rahat gediş-gəlişini təmin etməklə, onların Maştağa-Buzovna və Bilgəh-Pirşağı avtomobil yollarına rahat çıxış əldə etməsinə imkan yaradır.

Tikinti-quruculuq işləri mövcud tikinti norma və qaydalarına uyğun yüksək keyfiyyətlə və sürətlə aparılıb.

 

Maştağa- Nardaran yolunun yenidən qurulması işləri yekunlaşıb

 

Maştağa- Nardaran yolunun yenidən qurulması işləri yekunlaşıb

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ