SON DƏQİQƏ

4 regional idarə rəisi işdən çıxarılıb

Tarix:

7-03-2019, 16:53

/ 10 282 dəfə oxundu.
4 regional idarə rəisi işdən çıxarılıb

2018-ci ilin dekabrından indiyədək meşə təsərrüfatının 52 əməkdaşı işdən çıxarılıb.

GunAz.az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

F.Əliyev həmin şəxslərin meşələrin mühafizəsi üzrə vəzifələrini düzgün yerinə yetirmədiyi üçün işdən azad edildiyini söyləyib:

"Çox əfsuslar olsun ki, vəzifəyə təyin etdiyimiz bu şəxslərin təşkilatçılığı zəif olduğu üçün onlarla əməkdaşlığı davam etdirə bilmədik. Buna görə də Şəki, Masallı, Şamaxı və Lənkəranda regional idarə rəislərini vəzifələrindən azad etdik".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ