SON DƏQİQƏ
» » Nazir müavini: Meşələrin çəpərlənməsi daimi olmayacaq

Nazir müavini: Meşələrin çəpərlənməsi daimi olmayacaq

Tarix:

7-03-2019, 15:21

/ 10 228 dəfə oxundu.
Nazir müavini: Meşələrin çəpərlənməsi daimi olmayacaq

Azərbaycanda meşələrin çəpərlənməsi yalnız kənar müdaxilələr zamanı mümkündür.

GunAz.az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.

Onun sözlərinə görə, meşələrin çəpərlənməsi daimi olmayacaq: "Meşələrdə təbii bərpa prosesi baş verdikdən sonra çəpərlər sökülür və meşə fondu ərazilərində müdaxilənin baş verdiyi digər ərazilərdə çəpərlənmə işləri aparılır. Belə bir təcrübə Qırğızıstanda da var".

Nazir müavini hesab edir ki, bəzi meşə fondu ərazilərinə mal-qaranın girişinin qarşısı alınmalıdır. Məhz bu səbəbdən də meşələrin çəpərlənməsi təcrübəsinin tətbiqi faydalı olar.

F.Əliyev xaricdən ting gətirən iş adamlarına da müraciət edərək bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kifayət qədər yerli şəraitə uyğunlaşdırılmış tingləri var. Buna görə də xaricdən tinglərin gətirilməsinə ehtiyac yoxdur. 

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ