SON DƏQİQƏ

İstanbulda 20 yanvar foto-sərgisi

Tarix:

22-01-2019, 19:31

/ 10 630 dəfə oxundu.
İstanbulda 20 yanvar foto-sərgisi

 

20 Yanvar faciəsi Azərbaycan sərhədləri xaricində İstanbulun Yeni Qapı metrosunda şəhidlərimizin xatirəsinə həsr edilmiş sərgi keçirilmişdir.

1990-cı ilin 20 Yanvar gününü əks etdirən Foto-sərgi Azərbaycan Gənclərinin İstanbul Həmrəyliyi Təşkilatı olan AGİH və Azərbaycan Respublikasının İstanbul Konsulluğunun ortaq təşəbbüsü ilə təşkil olundu. Foto-sərgi İstanbulda yaşayan azərbaycanlı tələbələrin, gənclərin, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə davam etdirildi.İstanbulda 20 yanvar foto-sərgisi

Sərginin açılışında Azərbaycan Gənclərinin İstanbul təşkilatının rəhbəri, İstanbul Aydın Universiteti Sosial Bilimlər İnstitutu istihbarat incələmələri fakültəsinin məzunu, Dövlət Təhlükəsizlik Xidməti üzrə Ekspert Elvin Abdurahmanlı, İstanbul universiteti - Cərrahpaşa adlı Tibb İnstitutunun Psixologiya üzrə doktorantura tələbəsi Lalə Allahverdiyeva, İstanbul Universiteti Genel Türk Tarixi Doktorantura tələbəsi Aynur Hüseynova, həmin institutun Sağlıq Bilimləri fakültəsini tələbəsi Fəridə Nəcəfquliyeva, İstanbul Universiteti Radio və Televiziya doktorantura tələbəsi Sadiq İbrahimli sərgiyə gələn iştirakçılara və xarici qonaqlara 20 Yanvar faciəsi haqqında ətraflı məlumat vermişlər.

Çıxış edənlər vurğuladılar ki, 20 Yanvar günü Azərbaycan tarixində ən faciəli gündür. Azərbaycan xalqı öz qəhrəmanlığını, şəhidlik zirvəsinə qalxmağını dünyaya nümayiş etdirdi. Vətənimizin azadlığı, dövlətimizin müstəqilliyi uğrunda özlərini qurban vermiş şəhidlərimizin xatirə hər zaman şərəflə anılır və unudulmur.

 

Rauf İlyasoğlu

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ