Azərbaycanın İstanbuldakı Baş Konsulluğu tədbir keçirdi
İstanbulda Azərbaycanın İstanbul Baş Konsulluğu və İstanbul Maltəpə Bələdiyyəsinin Azərbaycanın 18 oktyabr və Türkiyənin 29 oktyabr müstəqillik günlərinə həsr edilmiş birgə hazırladığı mədəni əyləncə proqramı keçirilib. Malatya rayonunun Beşçeşəmə meydanında Azərbaycanın və Türkiyənin müstəqilliyinə həsr edilmiş təntənəli
proqramda Azərbaycan Baş Konsulluğunun nünayəndələri Maltəpə Bələdiyyəsinin nümayəndələri çıxış edərək bu tarixlərin xalqlarımızın həyatındaki önəmini bir daha qeyd ediblər. Tədbirdə çoxlu sayda İstanbul sakinləri, İstanbulda yaşayan azərbaycanlılar elm, sənət və siyasi xadimlər iştirak ediblər. Mərasimin sonunda Azərbaycan və Türkiyə sənətçilərinin möhtəşəm birgə konsert proqramı keçirilib. Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.
Gunaz.az