“Çudo Peçka” və “ÇP Aqro” MMC-lərin təsisçisi Çingiz Cəlilovun barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub.
Ç.Cəlilovun vəkili Janna Bağırova GunAz.az-a açıqlamasında deyib ki, məhkəmənin ilkin baxış iclası dekabrın 11-nə təyin edilib.
Şikayət hakim Həsən Əhmədovun icraatında araşdırılacaq.