SON DƏQİQƏ
» » Hikmət Şikarov Dünya Alpaqut Federasiyasının vitse-prezidenti seçilib

Hikmət Şikarov Dünya Alpaqut Federasiyasının vitse-prezidenti seçilib

Tarix:

24-11-2018, 12:48

/ 10 895 dəfə oxundu.
Hikmət Şikarov Dünya Alpaqut Federasiyasının vitse-prezidenti seçilib

GunAz.az Avrasiya İA-ya istinadla xəbər verir ki, bu gün Atatürk Mərkəzində Alpaqut Turan döyüş sənəti üzrə I Dünya çempionatında iştirak etmək üçün ölkəmizə gəlmiş xarici ölkə təmsilçilərinin iştirakı ilə Beynəlxalq konfrans keçirilib. 

Konfransın işinə Dünya Alpaqut Federasiyasının prezidenti, millət vəkili Nizami Cəfərov, Federasiyanın birinci vitse-prezidenti, millət vəkili Qənirə Paşayeva, Federasiyanın İdarə Heyətinin sədri, Alpaqut döyüş sənətinin müəllifi, Kutsan Vasif Namazov, eləcə də Dünya çempionatında iştirak edcək Azərbaycan, Türkiyə, Pakistan, Almaniya Əfqanıstan, Rusiya, Hindistan, Gürcüstan, İran, Kamerun, Türkmənistan, Nigeriya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Nepal, Ukrayna təmsilçiləri qatılıblar. 

Alpaqut döyüş sənətinin müəllifi, Kutsan Vasif Namazov qonaqları və tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, bu döyüş sənətinin dünyada rəğbət qazanması həm də onun tanınması deməkdir: “Azərbaycanda Dünya çempionatının keçirilməsi ümumiyyətlə, həm ölkəmizin, həm də bu döyüş sənəti ilə məşğul olan idmançıların uğurudur”. Çıxış edən Alpaqut Federasiyasının prezidenti, millət vəkili Nizami Cəfərov bildirib ki, bu döyüş növü eyni zamanda, mübarizliyin, əzmin və sülhün çağırışçısıdır. Digər idman növləri kimi, Alpaqut döyüş sənəti də inkişaf edir: “Bu gün Azərbaycanda idmana göstərilən diqqət və qayğının nəticəsidir ki, artıq ölkəmiz bir çox mötəbər idman yarışlarına ev sahibliyi edir. Keçiriləcək Dünya çempionatı da bunun bariz göstəricisidir”. 

Millət vəkili, federasiyanın birinci vitse-prezidenti Qənirə Paşayeva da çıxış edərək, ayrı-ayrılıqda Dünya çempionatında iştirak edəcək alpaqutçulara uğurlar arzulayıb: “Hər bir idman növünün özünəməxsus özəlliyi vardır və belə özəlliklərdən biri də Alpaqut döyüş sənətidir. Əbəs deyil ki, bu döyüş növü artıq dünyanın hər yerinə yayılıb və bu, bilavasitə Azərbaycanın uğuru sayılır. Çünki bu idman növünün ölkəmizdə yaranması da belə deməyə zəmin yaradır. Keçiriləcək Dünya çempionatında hər bir idmançıya uğur və qalibiyyət arzu edirəm”. 

Sonra təşkilati məsələlərə baxıldı və Yeni Azərbaycan Partiyasının Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov S-1 döyüş liqasının prezidenti, eyni zamanda Dünya Alpaqut Federasiyasının ictimai əlaqələr üzrə vitse-prezidenti seçildi. Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini İsmayıl Əliyev isə S-1 döyüş liqasının 1-ci vitse-prezidenti seçildi. Həmçinin, S-1 döyüş liqasının 2-ci vitse-prezidenti Dünya və Avropa çempionu, bir sıra beynəlxalq yarışların qalibi Mərdan Vəliyev seçildi.

Təşkilati məsələlərdən sonra yeni seçilənlərə və təbir iştirakçılarına hədiyyələr təqdim olundu. 

Çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri, S-1 döyüş liqasının prezidenti və Dünya Alpaqut Federasiyasının ictimai əlaqələr üzrə vitse-prezidenti Hikmət Şikarov ona göstərilən yüksək etimada görə Federasiyanın rəhbərliyinə və bütün üzvlərinə öz minnətdarlığını bildirib və qeyd edib ki, Azərbaycanda idmanın inkişafı dövlət qayığısı ilə əhatələnib. “Əbəs deyil ki, bu gün ölkəmizdə bir sıra beynəlxalq tədbirlər keçirilməklə yanaşı, dünya və Avropa çempionatları üzrə müxtəlif yarışlar da keçirilir. Bütün bunlar ölkəmizin bütün sahələrdə əldə etdiyi inkişafın bariz nümunəsidir. Bu inkişafı xalqımıza cənab Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti bəxş edib. Eyni zamanda, gənclərimizin idmanla məşğul olması sağlam gələcəyimizin təminatıdır. Belə bir missiyada məhz Dünya Alpaqut Federasiyasının da rol alması sevindirici və fərəhləndiricidir”. 

Hikmət Şikarov da Dünya çempionatında iştirak edəcək idmançıların hər birinə uğurlar arzulayıb. 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ