SON DƏQİQƏ
» » Hava dəyişir: Yağış, qar yağacaq – XƏBƏRDARLIQ

Hava dəyişir: Yağış, qar yağacaq – XƏBƏRDARLIQ

Tarix:

30-10-2018, 13:07

/ 10 310 dəfə oxundu.
Hava dəyişir: Yağış, qar yağacaq – XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən GunAz.az -a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında Oktyabrın 31-i gündüz şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında

Oktyabrın 31-i gündüz şimal rayonlarından başlayaraq noyabrın 02-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Yağışın bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ