SON DƏQİQƏ

"Bakmil"ə gedənlərin NƏZƏRİNƏ

Tarix:

29-10-2018, 18:23

/ 10 317 dəfə oxundu.
"Bakmil"ə gedənlərin NƏZƏRİNƏ

"Bakmil" stansiyasında məhdudiyyət sabahdan müvəqqəti tətbiq olunmayacaq.

"Bakı Metropoliteni" QSC-dən GunAz.az-a verilən məlumata görə, təmir işləri ilə əlaqədar "Bakmil" stansiyasına giriş-çıxışa günün müəyyən saatlarında (saat 8:20-dən 17:00-a qədər) qoyulmuş məhdudiyyət oktyabr ayının 30-dan müvəqqəti olaraq tətbiq edilməyəcək.

Qeyd olunub ki, təmir işlərinin xarakteri nəzərə alınaraq, yenidənqurma-bərpa işləri dayandırılmadan məhdudiyyətin müəyyən müddətə götürülməsi imkanı yaranıb. Bu səbəbdən sərnişinlərimizin təhlükəsizliyin təmin edilməsinin mümkünlüyü nəzərə alınaraq, stansiyanın fəaliyyəti qarşıdakı günlərdə adi qaydada təmin ediləcək. Sərnişinlər "Bakmil" stansiyasına və əksinə hərəkət edən qatarlardan, hərəkət qrafikinə uyğun olaraq, istifadə edə bilərlər.

Məhdudiyyət bərpa olunarkən, ictimaiyyətə əvvəlcədən geniş məlumat veriləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ