SON DƏQİQƏ
» » Bu dövlət qurumları maşınlarını satır - Qiymətlər

Bu dövlət qurumları maşınlarını satır - Qiymətlər

Tarix:

13-10-2018, 13:48

/ 10 401 dəfə oxundu.
Bu dövlət qurumları maşınlarını satır - Qiymətlər

İki böyük dövlət qurumu istifadəsiz avtomobillərini noyabrda keçiriləcək hərraca çıxarıb.

GunAz.az xəbər verir ki, 13 noyabr tarixində keçirilməsi planlaşdırılan auksiona ümumilikdə 10 avtomobil təqdim olunub.

Beş avtomobili hərraca Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi, digər beş avtomobili isə Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsi təqdim edib.

Hərraca çıxarılan maşınların ən bahalısı Energetika Nazirliyinin satmaq istədiyi “Ford Fokus” markalı avtomobildir. Onun start qiyməti 6000 manatdır. Ən ucuz avtomobili də Energetika Nazirliyi təqdim edib - QAZ-3102, start qiyməti 800 manatdır.

Statistika Komitəsi isə bu dəfə hərraca ancaq VAZ markalı avtomobillər təqdim edib. 2007-2008-ci il istehsalı olan VAZ avtomobillərinin ilkin satış qiyməti 2000-2500 manat müəyyən edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ