SON DƏQİQƏ

Nazirlik balansındakı 35 avtobusu satır

Tarix:

17-09-2018, 15:49

/ 10 971 dəfə oxundu.
Nazirlik balansındakı 35 avtobusu satır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi özəlləşdirməyə 35 avtobus təqdim edib.

GunAz.az xəbər verir ki, hərraca təqdim edilən avtobuslar nazirliyin Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili MMC-nin tabeli təşkilatı olan 3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi MMC-yə məxsusdur.

Özəlləşdirməyə birdəfəyə 27 ədəd “Daevoo BC212MA” markalı, 8 ədəd isə “Man Lion S Klassik A-74” markalı avtobus təqdim edilir.

2008-ci ilin istehsalı olan 35 avtomobilin qiyməti istifadə edilmə müddətinə əsasən dəyişir.

“Daevoo BC212MA” markalı avtobuslar üçün müəyyən edilən ilkin start qiyməti 13.500 manatla 14.000 manat atasında dəyişir.

“Man Lion S Classik A-74” markalı avtobuslar üçün isə müəyyən edilən ilkin start qiyməti 25.000 manatdır.

Hərrac 16 oktyabr tarixində həyata keçiriləcək.

скачать dle 12.1

Şərhlər