Mərhum reper Anar Nağılbaz ölümündən öncə yeni bir film çəkməyə hazırlaşırmış.
Kult.az xəbər verir ki, ölümündən iki ay əvvəl Yeniçag.az-a müsahibəsindən sonra o, Cəlil Məmmədquluzadənin “Ölülər” əsərindən Kefli İsgəndərin monoloqunu səsləndirib.
Dediyinə görə, bu monoloqu yaxın günlərdə ekranlaşdıracağı filmə daxil edəcəkdi. O, həmin filmin intihar mövzusunda çəkiləcəyini bildirmişdi.
Reperin heç yerdə yayımlanmayan görüntüsünü təqdim edirik: