
Əsl ad və soyadı Preston Oşita olan amerikalı reper Towkio debüt albomu olan WWW-ni çox unikal şəkildə təqdim edib.
Gunaz.az Pitchfork-a istinadən bildirir ki, bunun üçün 25 yaşlı reper heliumla doldurulmuş hava şarı vasitəsilə 30 kilometr yüksəkliyə, stratosferə qalxıb.
Avstriyalı skaydayver, Red Bull Stratos layihəsi çərçivəsində 30 kilometr yüksəlikdən atılmış Feliks Baumqartnerin rekordunu üstələyən reper deyib: "Nəhayət ki, arzuma çatdım. Ölmədim, albomumu belə təqdim etdim. Məni Tanrı qorudu".
Skafandr geyinmiş reper hava şarına bərkidilmiş xüsusi kapsulda 30 kilometr yüksəliyə qalxıb. Bu zaman kapsulda onun yeni albomundan mahnılar səslənirdi.
Çikaqolu reperin dediyinə görə, yeni albomu astronavtların kosmosda olarkən Yeri seyr edəndə keçirdikləri hisslərə həsr olunub.