SON DƏQİQƏ
» » "Gənclərimizi qorumağa çalışaq" - xanım deputatdan ÇAĞIRIŞ

"Gənclərimizi qorumağa çalışaq" - xanım deputatdan ÇAĞIRIŞ

Tarix:

20-06-2018, 10:40

/ 10 230 dəfə oxundu.
"Gənclərimizi qorumağa çalışaq" - xanım deputatdan ÇAĞIRIŞ

Biləsuvar rayonunda intihar etmiş qızın özünün lentə aldığı video yayılandan sonra ictimaiyyətin bütün təbəqələri bu faciəyə yenidən sarsılıb. Sosial şəbəkədə yüzlərlə fəal bu hadisəyə münasibət bildirib, üzüntü ifadə edib. Onlardan biri də Milli Məclisin deputat Sona Əliyevadır. Musavat.com Sona Əliyevanın sosial şəbəkədə yaydığı qeydlərini təqdim edir:

"Gec də olsa sosial şəbəkələrdə gənc qızımızın intihardan əvvəl çəkilmiş olan videosunu çox böyük üzüntüylə izlədim. Mənim də o yaşda qız övladım var. Cəmiyyətin bir üzvünün, həm də yetkinlik yaşına çatmamış üzvünün itirilməsində başda valideyinləri, yaxınları olmaqla hamımız bütün cəmiyyət günahkardır... Nə qədər ki, erkən evlilik, qadın və uşaqlara qarşı zorakılığın bütün formaları ictimai qınaqla qarşılanmayacaq, nə qədər ki bu kimi hadisələri hərənin öz işi kimi qəbul edəciyik, bu kimi itkilər artmaqda davam edəcək. Bundan başqa, zaman zaman insanlar həyatında çətinliklərlə qarşılaşdıqları zaman intihar və bu cür halları ağlından keçirir və xəbərlərdə belə halların baş verməsi haqda informasiyalar yayıldıqca bu fikrin reallaşması kimi hisslər də əlavə olunur. Statistika göstərir ki, intihar halları ilə bağlı xəbərlrin geniş müzakirəsi bu kimi halların dəfələrlə artmasına gətirib çıxarır, bu hal Verter effekti adlanır. Mən çox xahiş edərdim media üzvlərindən və insanlarımızdan ki, gələcəyimizin, övladlarımızın xatirinə bu kimi xəbərləri paylaşmasınlar. Bu paylaşımın övladını itirmiş ailənin ailəyə verdiyi ikiqat acını və kədəri duymazdan gəlməsinlər, yaxşı nümunə olmasa da gənc bir övladımızın ruhuna ehtiramla yanaşsınlar və bunu müzakirə obyektinə çevirməsinlər. Nəyin düz, nəyin səhv olduğunu izah etməyə çalışmasınlar... Heç olmasa bundan sonra bu kimi hadisələrin qarşısını almağa yönəlik işlər görməyə çalışaq, gənclərimizi və övladlarımızı bu kimi təhlükələrdən qorumağa çalışaq...

Bu arada dünəndən övladlarımın bununla bağlı suallarını cavablandırmaqda çətinlik çəkirəm... Sözün bitdiyi yerdəyəm...
Elə bir neçə həftə əvvəl “ Uşaqların zərərli informasiyadan qorunması haqqında qanun”un müzakirəsi ilə bağlı fikirlərimi və təkliflərimi yazmışdım...

Qeyri-qanuni, qeyri-etik və digər bu kimi hərəkətlərə məruz qalmış yetkinlik yaşına çatmayanların şəxsiyyətini müəyyən olunmasına və ya açıqlanmasına bilavasitə imkan yaradan məlumatların: ad, soyad və atasının adının, ünvanının, fotoşəkil, video və səs yazılarının, təhsil aldığı və ya işlədiyi müəssisənin adının elektron və çap mediasında yayılmasının qadağan olunması bu layihədə nəzərdən keçirilsin.

Və çox xahiş edirəm, bunu təkcə qanunla tənzimləməyək, həm də vicdanımız dinləyək və insanımıza olan ehtiramımızdan edək....".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ