SON DƏQİQƏ
» » Bakıda daha bir avtobus biabırçılığı - VİDEO

Bakıda daha bir avtobus biabırçılığı - VİDEO

Tarix:

21-05-2018, 08:30

/ 10 250 dəfə oxundu.
Bakıda daha bir avtobus biabırçılığı - VİDEO

Sərnişinlər avtobusun qapısından bayırda sallanaraq gedirlər.

Gunaz.az bildirir ki, göndərilən videonun "Memar Əcəmi" metrosundan Höküməli qəsəbəsinə hərəkət edən 156 saylı marşrut avtobusunda çəkildiyi qeyd olunub.

Əməkdaşlarımız məsələnin təfərrüatlarını araşdırıb.

Xezerxeber.az-ın məlumatına görə, marşrut avtobusunun sürücüləri pik saatlarda sıxlığın çox olduğunu, ancaq qapını bağlamadan hərəkət etmədiklərini deyirlər.

Bəzi sərnişinlər də pik saatlarda avtobusun dolu olduğunu, ancaq qapıdan sallanma hadisəsi ilə sıx-sıx qarşılaşmadıqlarını söyləyirlər.

Marşrut avtobusunun sahibkarının verdiyi məlumata görə isə, pik saatlarda bəzi sərnişinlər qayda-qanunlara tabe olmur və avtobusun qapısından sallanaraq getməkdə israr edirlər. Ancaq marşrut xəttində çalışan sürücülər qayda-qanunla hərəkət etmək üçün əllərindən gələni edirlər.

Ekspertlər isə bildirir ki, qapısı açıq formada hərəkət edən avtobus sürücləri 3 bal və 60 manat miqdarında cərimə edilə bilərlər. /xezerxeber.az

скачать dle 12.1

Şərhlər