SON DƏQİQƏ

Daha bir avtobus kobud şəkildə qaydaları pozub

Tarix:

26-02-2018, 14:03

/ 396 dəfə oxundu.
Daha bir avtobus kobud  şəkildə qaydaları pozub

Sosial şəbəkələrdə avtobus sürücülərinin ənənə halını almış daha bir qayda pozuntusu ilə bağlı video yayılıb.

Gunaz.az xəbər verir ki, hadisə fevralın 26-da səhər saatlarında baş verib.

39 saylı marşrut xətti üzrə hərəkət edən və 44015 tanınma nişanlı avtobus Yasamal rayonu ərazisində, Məhəmməd Xiyabani və Şərifzadə küçələrinin kəsişməsində kobud qayda pozuntusuna yol verib. Məhəmməd Xiyabani küçəsi ilə hərəkət edən avtobus nəqliyyatın hərkətinin sıx vaxtında qarşı hərəkət zolağına çıxıb və işıqforun qırmızı işığına məhəl qoymadan Şərifzadə küçəsinə dönüb. Beləliklə, sürücü həm sərnişinlər, həm piyadalar, həm də Şərifzadə küçəsi ilə işıqforun yaşıl işığında hərəkət edən digər nəqliyyat vasitələri üçün təhlükə yaradıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ