SON DƏQİQƏ

Səhifələr və qruplar ləğv EDİLİR

Tarix:

18-04-2018, 13:28

/ 10 267 dəfə oxundu.
Səhifələr və qruplar ləğv EDİLİR

"Facebook"da aktiv şəkildə fəaliyyət göstərən və üzvlərinin sayı 300 mindən çox olan 120 qrupun fəaliyyətini dayandırıb.
Bu barədə jurnalist Brayn Krebs məlumat yayıb. Jurnalist qeyd edib ki, şirkət tərəfindən keçirilən monitorinq zamanı şəbəkədə kibercinayətkarlıqla məşğul olan qruplar aşkarlanıb. Ümumilikdə 300 mindən çox üzvü olan təxminən 120 qrup bağlanıb.

Qrup üzvlərinin qeyri-qanuni yollarla "Facebook" istifadəçilərinə spam mesajlar göndərib şəxsi məlumatlarını əldə etdikləri iddia edilir. Bundan başqa, fırıldaqçılıq, bank hesablarına müdaxilə, vergidən yayınma, sifarişlə DDoS-hücumların həyata keçirilməsi, eyni zamanda, qanunla qadağan edilmiş botnetlər kimi bir sıra digər xidmətlərin təklif edildiyi aşkarlanıb.

Bu qruplar arasında ən az fəaliyyət müddəti olan 2 ildir.

Fəaliyyəti dayandırılmış və qara siyahıya salınan qruplardan ən böyüyü oğurlanmış kredit və debet kartlarının satış və istifadəsini reklam edib.

Daha təhlükəlisi isə “Amazon”, “Google”, “Netflix”, “PayPal” kimi müxtəlif xidmət təklif edən şəbəkələrdən hesablara kütləvi müdaxiləyə icazə verən "alətlər" spamlar yayan qruplar olub.

 

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ