SON DƏQİQƏ

"Uber" qadağan edildi

Tarix:

28-03-2018, 13:07

/ 10 263 dəfə oxundu.
"Uber" qadağan edildi

Slovakiyada Bratislava Məhkəməsi taksi xidməti göstərən "Uber" şirkətinin fəaliyyətini qadağan edib.
Gunaz.az məlumat verir ki, ölkənin Taksi Sürücüləri Dərnəyi dəfələrlə məhkəməyə müraciət edərək şirkətin Slovakiya qanunlarına uyğun şəkildə fəaliyyət göstərmədiyini bildirirdi. Son olaraq "Uber"in Slovakiyada fəaliyyətinə son qoyulub. 2 ildir ki, ölkədə fəaliyyət göstərən şirkətin 100 min nəfər müştərisi var idi. Yerli firmalar isə müxtəlif formada anti-Uber aksiyalar təşkil edirdi.
Qeyd edək ki, ötən dövrlərdə "Uber"in sürücüsüz avtomobili ABŞ-da qadağan edilib. Buna səbəb kimi avtomobilin bir qadını vuraraq öldürməsi olub.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ