SON DƏQİQƏ

Bu messencerdə yeni funksiyalar təqdim edildi

Tarix:

25-02-2018, 15:47

/ 265 dəfə oxundu.
Bu messencerdə yeni funksiyalar təqdim edildi

“Viber” messencerində istifadəçilərə 3 yeni funksiya təqdim edilib.

Gunaz.az xəbər verir ki, Sözügedən xidmətin proqramçıları qrup çatlarında xatırlatma, yenilənmiş səsli mesajlar sistemi, həmçinin çatın ehtiyat surətinin yaradılması imkanını əlavə ediblər.

“Viber” istifadəçiləri artıq qrup çatlarında konkret istifadəçilərə müraciət edə biləcəklər. Bunun üçün “@” simvolu yazmaq lazımdır, adını qeyd etdiyiniz insan isə ona edilmiş şəxsi müraciət haqda xəbərdarlıq alacaq.

Yeniləmədən sonra səsli mesajların müddəti 1 dəqiqə təşkil edir. Həmçinin məlumat itkisi zamanı onların əlavə surətlərinin yaradılması imkanı istifadəçilərin ixtiyarına verilib.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ