SON DƏQİQƏ

İtkin-şəhid Dəyanət Musayev dəfn edildi

Tarix:

Bu gün, 17:06

/ 2 775 dəfə oxundu.
İtkin-şəhid Dəyanət Musayev dəfn edildi

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Dəyanət Musayev dəfn olunub.
GunAz.az  xəbər verir ki, onun nəşinin qalıqları Ucar rayonunun Boyat kənd qəbiristanlığında dəfn olunub.
Dəfn prosesi hərbi orkestrin müşayiəti və yaylım atəşi altında həyata keçirilib.
Qeyd edək ki, D.Musayev 1973-cü ildə Ucarın Boyat kəndində anadan olub. O, 1994-cü il fevralın 14-də Kəlbəcərin Yanışaq kəndində itkin düşüb.
скачать dle 12.1

Şərhlər