İtkin-şəhid Dəyanət Musayev dəfn edildi
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Dəyanət Musayev dəfn olunub.
GunAz.az xəbər verir ki, onun nəşinin qalıqları Ucar rayonunun Boyat kənd qəbiristanlığında dəfn olunub.
GunAz.az xəbər verir ki, onun nəşinin qalıqları Ucar rayonunun Boyat kənd qəbiristanlığında dəfn olunub.
Dəfn prosesi hərbi orkestrin müşayiəti və yaylım atəşi altında həyata keçirilib.
Qeyd edək ki, D.Musayev 1973-cü ildə Ucarın Boyat kəndində anadan olub. O, 1994-cü il fevralın 14-də Kəlbəcərin Yanışaq kəndində itkin düşüb.
