
Naxçıvan şəhərində baş verən yol-nəqliyyat hadisəsində iki nəfər xəsarət alıb.
GunAz.az-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, ağır yüklü avtomobil yolu qarşı tərəfə keçmək istəyən iki piyadanı vurub.
Qəza nəticəsində 1995-ci il təvəllüdlü Xəyalə Ağa qızı Həsənova və həmyaşıdı Hində Etibar qızı Tağızadə xəsarət alıb. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.































