
Bakı şəhəri, Nizami rayonu, Babək prospektində açıq ərazidə yanğın baş verib.
GunAz.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 2 hektar sahədə kol-kos və taxta tullantıları yanıb.
Ətraf ərazilər, o cümlədən ağaclıq sahə yanğından mühafizə olunub.






























