SON DƏQİQƏ
» » Bu ölkədə ilk dəfə Xocalı ilə bağlı maarifləndirmə kampaniyası keçirilir.

Bu ölkədə ilk dəfə Xocalı ilə bağlı maarifləndirmə kampaniyası keçirilir.

Tarix:

26-02-2018, 12:36

/ 467 dəfə oxundu.
Bu ölkədə ilk dəfə Xocalı ilə bağlı maarifləndirmə kampaniyası keçirilir.

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı maarifləndirmə kampaniyası keçirilir.
Gunaz.az Gürcüstan bürosunun məlumatına əsasən, şəhərin hava limanı, dəmir yolu vağzalı, Azadlıq meydanı və digər mərkəzi küçə və prospektlərdə yerləşən bir neçə reklam monitorunda Xocalı faciəsinə həsr olunmuş xüsusi video çarx yayımlanır.

 

Azərbaycanın dostları klubu və Gürcüstan-Azərbaycan Fondu tərəfindən hazırlanmış çarxda soyqırımı barədə məlumat və Xocalıdan olan yeniyetmələrin gələcəklə bağlı ümidləri və vətənə qayıtmaq arzuları əks olunub. 
 
Qeyd edək ki, Xocalı soyqırımı ilə bağlı bu cür təbliğat aksiyası Gürcüstanda ilk dəfədir keçirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ