SON DƏQİQƏ
» » Bu ölkədə Xocalı soyqırımına dair biqbordlar yerləşdirildi

Bu ölkədə Xocalı soyqırımına dair biqbordlar yerləşdirildi

Tarix:

23-02-2018, 10:40

/ 1 032 dəfə oxundu.
Bu ölkədə Xocalı soyqırımına dair biqbordlar yerləşdirildi

Azərbaycanın Ukraynadakı Səfirliyi tərəfindən Ukraynanın müxtəlif şəhərlərində Xocalı soyqırımına dair biqbordlar yerləşdirilib.

Gunaz.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilən genişmiqyaslı tədbirlər çərçivəsində Ukraynanın Kiyev, Lvov, Odessa, Xarkov, Dnepr, Kirovoqrad, Nikoloyev, Jitomir və digər şəhərlərində yüzlərlə biqbordlar yerləşdirilib.

Biqbordların yerləşdirilməsində məqsəd Xocalı soyqırımı haqqında xarici vətəndaşları məlumatlandırmaqdır. Bu biqbordlar Ukrayna ərazisində bir ay müddətində mövcud olacaq.

скачать dle 12.1

Şərhlər