SON DƏQİQƏ

Türkiyədə Xocalı faciəsi anılacaq

Tarix:

17-02-2018, 17:53

/ 1 283 dəfə oxundu.
Türkiyədə Xocalı faciəsi anılacaq

Türkiyədə Xocalı soyqırımının anım mərasimi keçiriləcək.

Milli Məclisdən Gunaz.az-a verilən məlumata görə, deputat Elman Məmmədov bu məqsədlə fevralın 19-dan 28-dək Türkiyənin paytaxtı Ankarada səfərdə olacaq.

Millət vəkili Ankaranın Qızılcahamam, Keçiörən, Altındağ bələdiyyələrində, Kastamonu Universitetində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar keçiriləcək anım mərasimlərində iştirak edəcək.
Deputatımız həmçinin Ankarada fəaliyyət göstərən Qazi və Yıldırım Beyazit Universitetlərində Xocalı qətliamına həsr olunmuş elmi konfrans və rəsm sərgisinə qatılacaq.
Səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisində Xocalı faciəsi zamanı erməni silahlıları tərəfindən dinc əhalinin vəhşicəsinə qətlə yetirilməsini əks etdirən foto və sənədlərdən ibarət sərgi təşkil olunacaq. Tədbirdə Türkiyə Böyük Millət Məclisinin spikeri İsmayıl Qəhrəman iştirak edəcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ