SON DƏQİQƏ

Qubadan Bakıya at əti gətirən ələ keçdi

Tarix:

2-11-2017, 18:42

/ 1 107 dəfə oxundu.
Qubadan Bakıya at əti gətirən ələ keçdi

Qubadan Bakıya qanunsuz ət gətirən saxlanılıb.

Gunaz.az xəbər verir ki, bu gün daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taborunun əməkdaşları tərəfindən Quba rayonu ərazisində Alış Rüstəmovun idarə etdiyi “Qazel” markalı avtomobilə baxış keçirilib.

Baxış zamanı avtomobilin yük yerində qeyri-qanuni, antisanitar şəraitdə, üst-üstə yığılmış vəziyyətdə daşınan, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, 7 hissəyə bölünmüş ümumi çəkisi 180 kiloqram olan at əti və 1 at başı aşkar olunub.

Aşkar edilmiş ətdən baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Laborator müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ