SON DƏQİQƏ

“Ana yurdum, hər daşına üz qoyum”

Tarix:

16-10-2017, 19:22

/ 2 472 dəfə oxundu.
“Ana yurdum, hər daşına üz qoyum”

 

Bilgəhdə  Məmməd Araz anıldı

Sabunçu rayon Icra Hakimiyyətinin dəstəyi ilə Bilgəh qəsəbəsi Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə dahi Azərbaycan şairi Məmməd Arazın doğum günü ilə bağlı "Ana yurdum,hər daşına üz qoyum..."adlı ədəbi- bədii gecə keçirilib. Tədbir Ulu “Ana yurdum, hər daşına üz qoyum”öndər Heydər Əliyevin Məmməd Araz yaradıcılığına verdiyi qiyməti əks etdirən süjetlə başlayıb.  Tədbiri giriş sözü ilə məktəbin direktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi Gülnaz Abdullayeva açaraq deyib: “ Bu gün Azərbaycan ədəbiyyatına misilsiz töhfələrini vermiş Məmməd Arazın anadan olduğu gündür. Yaşasaydı biz bugün şairin 84 illiyini qeyd edərdik. Amma biz bugün təəssüflənmirik, onsuzda həyat axıcıdır, əbədi“Ana yurdum, hər daşına üz qoyum” deyil.Amma Məmməd Araz öz şeiriyyəti ilə Azərbaycan ədəbiyyatına böyük töhfələr verdi ki, bu günkü tədbirimiz ona həsr olunub.”  Sonra söz tədbirdə iştirak edən Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Rəna xanım Fərəcova verilib o  deyib: “Bu gün biz Məmməd Arazın gecəsinə yığışmışıq. Ruhumuz mənən dincəldi. Ümid edirəm ki, bu gün Məmməd Arazın da ruhu şad oldu. Buna görə məktəbin direktoru Gülnaz xanıma ilk olara dərin minnətdarlığımı bildirirəm. Qeyd etmək istəyirəm ki, Sovet ittifaqı dağıldıqdan sonra Azərbaycan həm iqtisadi , həm də siyasi cəhətdən ağır günlərini yaşayırdı.“Ana yurdum, hər daşına üz qoyum” Təbii ki, bu da incəsəbnət, mədəniyyət sahəsinə də öz təsirini göstərmişdi. Belə ki, incəsənətdə bir sıra sahələr çox ağır günlərini yaşayırdı, dərin böhran içərisində idi. Məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bütün sahələrdə dirçəliş olduğu kimi məhz incəsənət, mədəniyyət sahəsində dirçəliş, çiçəklənmə baş verdi. Onun əməyinin nəticəsidir ki, biz bugün burada dahi şairimizin gecəsini qeyd edirik. Bir çoxlarınız bilirsiniz ki, o zamanlar incəsənt, mədəniyyət sahəsi elə ağır günlərini yaşayırdı ki. hətta bir sıra dahi şairlərin adını çəkməyə belə qorxurdular. Nəinki gecəsini keçirməyə, hər hansı bir şeirinin misraslnı deməyə belə çəkinirdilər. Amma bu gün biz burda azad, müstəqil şəkildə qorxmadan, qürurla Məmməd Arazım şeirlərini bu cür səsləndiririksə ulu öndərimizin siyasətinə onun siyasətini uğurla davam etdirən cənab Prezidentimiz İlham Əliyevə minnətdarıq. Məmməd Araz şerirlərində xalqın ağır günlərini, nisgilini, fəryadını, Vətən həsrətini əks etdirirdi ki, məhz bu gün bunu bu gənclərimizin həyacanlı, titrək səslərində  gördük. Gözəl anlar yaşadıq. Buna görə məktəbin rəhbərliyinə və bu tədbirdə  əməyi olan hər bir kəsə, xüsusilə də bizim uşaqlarımıza, gənclərimizə  dərin təşəkkürümüzü bildiririk”.  

“Ana yurdum, hər daşına üz qoyum”Məktəbin dil-ədəbiyyat müəllimləri  Nahidə Məmmədova “Məmməd Arazın həyatı”, Mələksima Quliyeva “Məmməd Arazın yaradığılığı”, Səhyəddin Quliyev “Məmməd Araz yaradıcılığında vətənpərvərlik tərbiyəsi”, Kəmalə Allahverdiyeva  “Məmməd Araz poeziyasında təbiət gözəlliklərinin tərənnümü”  mövzusunda məruzə ediblər.

Məktəbin 11-ci sinif şagirdlərindən Uster Burhan, Uster Ayşənur, Ələsgərzadə İranə, 10-cu sinif şagirdləri Bayramzadə Əli, Hüseynli Kənan, Əlbəndəyev Sevin, Qocayev Cəfər, 5-ci sinif şagirdləri Nəzrin, Günay, Safurə, Zenfira şairin şeirlərini söylədilər. 11-ci sinif şagirdi Ağazadə Nurlan, Quliyev Şirzad Məmməd Arazın sözlərinə yazılmış mahnıları ifa etdilər.

Tanımış muğam ustası Hüseyn Məlikovdan ibarət üçlüyün ifa etdiyi xalq mahnısı da tədbir iştirakçlarl tırıfindın maraqla qarşılanıb.“Ana yurdum, hər daşına üz qoyum”

Tədbirdə iştirak edən Məmməd Arazın qardaşı-yazıçı Əbülfəz İnfiloğlunun  kürəkəni,  "Sabaha inamla" qəzetinin baş redaktoru Namiq Məmmədli çıxış edərək Məmməd Arazın dogma yurda, ata ocağna sevgisindən, onun məğrurluğundan, əyilməzliyindən, sınmazlığından, poeziyasının qüdrətindən, əbədiyaşarlığından danışıb,  tədbirin təşkilatçılarına Məmməd Araz ailəsi adından öz təşəkkürünü bildirib.

N.MƏMMƏDOV

 

“Ana yurdum, hər daşına üz qoyum”

 

скачать dle 12.1

Şərhlər